`Qarabağ` - `Atletiko` oyununa 35 min bilet satılıb
23:21 15 Oktyabr 2017
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı “Atletiko Madrid” ilə matça bilet satışı davam edir.
Klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 35 minə çatıb.
Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, “Qarabağ”-“Atletiko Madrid” matçı oktyabrın 18-də saat 20:00-da
Bakı Olimpiya Stadionunda start götürəcək.
Femida.az
Oxunub: 1866
Oxşar xəbərlər
- `Qarabağ` – `Çelsi` matçında rekord
- `Qarabağ` üçün daha bir tarixi gün - Rəqib `Çelsi`dir
- `Qarabağ`-`Çelsi` oyunu üçün 400 avtobus ayrılıb
- `Qarabağ` - `Çelsi` görüşünə nə qədər bilet satılıb?
- `Qarabağ`ın oyununda xareoqrafiya şousu olacaq
- `Qarabağ` - `Çelsi` matçına nə qədər bilet satılıb?
- `Qarabağ` yenə `Atletiko`nu məyus etdi
- `Qarabağ` reytinq cədvəlində irəliləyib
- `Qarabağ` `Atletiko`ya məğlub oldu
- `Qarabağ` üçün daha bir tarixi gün - Rəqib `Atletiko`dur